Birinci Avropa Oyunları ilə əlaqədar FHN-də yaradılan qərargahda toplantı keçirilib

Birinci Avropa Oyunları ilə əlaqədar FHN-də yaradılan qərargahda toplantı keçirilib Toplantıda Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr barədə geniş fikir mübadiləsi aparılıb
Avropa Oyunları
8 May , 2015 16:14
Birinci Avropa Oyunları ilə əlaqədar FHN-də yaradılan qərargahda toplantı keçirilib

Bakı. 8 may. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsində Birinci Avropa Oyunları ilə əlaqədar nazirlik tərəfindən yaradılan qərargahda toplantı keçirilib. Bu barədə "Report"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev, nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərləri, "Bakı-2015" birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq və komitənin digər üzvləri, o cümlədən müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edib. Nazir müavini Etibar Mirzəyev əvvəlcə tədbir iştirakçılarına Birinci Avropa Oyunları ilə bağlı Fövqəladə Hallar Nazirliyinin yaratdığı qərargah haqqında məlumat verib. Bakı Olimpiya Stadionu və ətraf ərazinin taktiki-maketi ilə tanış olan tədbir iştirakçıları həm burada, həm də yarışların keçiriləcəyi digər idman arenalarında görülən təhlükəsizlik tədbirləri barədə məlumatlandırılıb: "Nazirlik baş verə biləcək fövqəladə halların qarşısının alınması üçün bütün zəruri tədbirləri görüb və bu istiqamətdə Avropa Oyunları Əməliyyat Komitəsi ilə sıx əməkdaşlıq edir".

"Bakı-2015" birinci Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq görülən işlərdən razılığını bildirərək Birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını ifadə edib.

Sonra Avropa Oyunları ilə bağlı qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi