Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin Bakıya səfər proqramı açıqlanıb

Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin Bakıya səfər proqramı açıqlanıb Tomas Bax bir sıra rəsmi görüşlər və müxtəlif idman qurğularına baxış keçirəcək
Avropa Oyunları
11 Noyabr , 2014 15:03
Beynəlxalq Olimpiya Komitəsinin prezidentinin Bakıya səfər proqramı açıqlanıb

Bakı. 11 noyabr. REPORT.AZ/ Beynəlxalq Olimpiya Komitəsinin (İOC) prezidenti Tomas Bax noyabrın 19-da Bakıya səfər edəcək. Bu barədə "Report"a Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abiyev məlumat verib. 

Onun sözlərinə görə, T.Bax ertəsi gün işə başlayacaq Avropa Olimpiya Komitəsinin Baş Assambleyasına qatılacaq. İOC prezidentinin bir sıra rəsmi görüşləri və müxtəlif idman qurğularına baxış keçirməsi də nəzərdə tutulub. O, həmçinin Bakı-2015 I Avropa Oyunlarına hazırlığın gedişi ilə maraqlanacaq. 

Qeyd edək ki, bu, Tomas Baxın Azərbaycana ilk səfəri olacaq.

Son xəbərlər

Orphus sistemi