Bərdəlilər məşəl sevinci yaşadılar - FOTO

Bərdəlilər məşəl sevinci yaşadılar - FOTO Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanacaq
Avropa Oyunları
13 May , 2015 21:47
Bərdəlilər  məşəl sevinci yaşadılar - FOTO

Bakı. 13 May. REPORT.AZ/ Birinci Avropa Oyunlarının məşəli Yevlaxdan sonra Bərdə rayonuna gətirildi. 

"Report" xəbər verir ki, şəhərin girişində bayraq meydanında məşəli qəbul edən rayonun gənc fəallarından Səxavət İsmayılov rayon mərkəzinə doğru istiqamət götürdü. 3.5 kilometr məsafədə yürüşü davam etdirən 10 məşəlçi rəmzi növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət etməklə şəhərin mərkəzi meydanına çatdırdılar. 

Şəhərin küçə və prospektlərinə toplanan 80 mindən cox rayonun sakinləri məşəli coşqu ilə qarşıladılar.

Sonuncu yürüşçü rayon sakini Faiq Məmmədov səhnəyə qalxaraq alqış sədaları altında orada quraşdırılan məşəli alovlandırdı. Sonra birinci Avropa Oyunlarının simvolik çırağı əlbəyaxa idman növü üzrə 4 qat dünya cempionu idman ustası Kamil Şerifov verilərək ictimaiyyətə təqdim edildi. Çıraq Oyunların sonuna kimi rayonda saxlanılacaq.

Mayın 14-də məşəl karvanı Goranboy və Naftalana yollanacaq.

Son xəbərlər

Orphus sistemi