Yuxarı

Belçikada Avropa Oyunlarının açılış gününün təqdimatı olub

Görüşdə “Bakı-2015” ilk Avropa Oyunları barədə qısa film nümayiş etdirilib

Bakı. 13 İyun. REPORT.AZ/ Azərbaycanın Belçika Krallığındakı səfirliyi və NATO yanında nümayəndəliyinin təşkilatçılığı ilə Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edilib və tədbir çərçivəsində “Bakı-2015” ilk Avropa Oyunlarının açılış gününün təqdimatı keçirilib.

"Report" xəbər verir ki, rəsmi ziyafətdə Belçikanın və Avropa İttifaqının yüksək vəzifəli məmurları, o cümlədən Belçika XİN-in baş katibi Dirk Axten, Aİ-nin Qonşuluq siyasəti üzrə baş direktorluğunun rəhbəri Qerxard Şumann-Hitsler və enerji siyasəti üzrə baş direktorluğun rəhbəri Dominik Ristori, Belçikada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ölkədə fəaliyyət göstərən ictimai, mədəni, işgüzar dairələrin, mətbuat və diaspora qurumlarının nümayəndələri iştirak ediblər.

Ziyafətdə çıxış edən səfir Fuad İsgəndərov ölkəmizin müstəqillik tarixinə qısa nəzərə salaraq bu müddət ərzində əldə olunmuş nailiyyətlər və inkişafdan, “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində görülmüş işlər, bu Oyunların ilk dəfə olaraq Azərbaycanda keçirilməsinin əhəmiyyəti barədə danışıb, Azərbaycanın bu kimi nəhəng idman layihəsinə ilk dəfə ev sahibliyi etməkdən qürur hissi keçirdiyini diqqətə çatdırıb.

Qəbulda “Bakı-2015” ilk Avropa Oyunları barədə qısa film nümayiş olunub və qonaqlara Oyunlarla bağlı nəşrlər və suvenirlər təqdim edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi