Belaruslu cüdoçu: "II Avropa Oyunlarının Minskdə keçirilməsi bizə ikiqat güc verir"

Belaruslu cüdoçu: "II Avropa Oyunlarının Minskdə keçirilməsi bizə ikiqat güc verir" İki ay əvvəl Böyük Dəbilqə turnirində İrina Kindzerskaya uduzmuşdum.
Avropa Oyunları
24 İyun , 2019 16:27
Belaruslu cüdoçu: II Avropa Oyunlarının Minskdə keçirilməsi bizə ikiqat güc verir

"İki ay əvvəl "Böyük Dəbilqə" turnirində İrina Kindzerskaya uduzmuşdum".

Bunu "Report"un Belarusun paytaxtı Minskə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan idmançısı İrina Kindzerskanı (+78) yarımfinal mərhələsində məğlub edən cüdoçu Marina Slutskaya söyləyib.

28 yaşlı belaruslu idmançı Azərbaycan təmsilçisindən revanş almaq istədyini deyib: "Çox sevinirəm ki, bunu bacardım. Üzərində işlədiyim fəndi yerinə yetirdim. Bunu məşqlərdə də edirdim. Həmin fəndi tətbiq edərək istəyimə nail oldum. Psixoloji baxımdan yarışa yaxşı hazırlaşmışdım. Yarışın Belarusda keçirilməsi bizə ikiqat güc verir". 

Qeyd edək ki, Kindzerska bürünc medal uğrunda ukraynalı Qalyana Tarasova ilə qarşılaşacaq. 

Son xəbərlər

Orphus sistemi