Yuxarı

Yanğın zamanı dünyasını dəyişənlərdən biri "Bakı 2015"in könüllüsü olub - FOTO

BEGOC başsağlığı verib

Bakı. 20 may. REPORT.AZ/ Bakının Binəqədi rayonundakı yanğın zamanı dünyasını dəyişənlərdən biri "Bakı 2015" I Avropa Oyunlarının könüllüsü olub. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsindən (BEGOC) "Report"a verilən məlumata görə, bu, Eyvazova Ülkər Hamir qızıdır. 

21 yaşlı könüllü özündən 5 yaş kiçik qardaşı Eyvazov Davud Hamir oğlu və anası, 43 yaşlı Şirinova Zülfiyyə Yavər qızı ilə birgə vəfat edib. 

BEGOC mayın 19-da yaşayış binasında baş vermiş dəhşətli yanğın hadisəsi nəticəsində dünyasını dəyişənlərin, o cümlədən I Avropa Oyunlarının könüllüsü Eyvazova Ülkər Hamir qızının, eləcə də anası Şirinova Zülfiyyə Yavər qızı və qardaşı Eyvazov Davud Hamir oğlunun faciəli şəkildə həlak olmalarından kədərləndiyini bildirir və mərhumların ailələrinə dərin hüznlə başsağlığı verir.

Qeyd edək ki, dünyasını dəyişən ailə üzvləri, həm də Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Quliyevin yaxın qohumlarıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi