Yuxarı

​Bakıda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq

Bakı-2015 zamanı şəhərdə nəqliyyatın hərəkətinin bir günü canlandırılacaq

Bakı. 15 may. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları zamanı əməliyyatlara hazırlıq məsələləri mayın 17-də sınaqdan keçiriləcək. "Report"un məlumatına görə, bu məqsədlə Bakıda avtobus, taksi və mikroavtobusların sayı artırılacaq.

Bununla da "Bakı-2015" zamanı şəhərdə nəqliyyatın hərəkətinin bir günü canlandırılacaq. Nəqliyyat Nazirliyi və Bakının nəqliyyat infrastrukturuna cavabdeh digər qurumlarla birgə təşkil olunacaq simulyasiya tədbiri saat 8:00-dan 14:00-dək davam edəcək.

Qeyd edək ki, tədbir zamanı nəqliyyatın hərəkətinin məhdudlaşdırılması nəzərdə tutulmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi