​Bakı Kristal Zalı I Avropa Oyunlarının məşəlini qarşılayıb

​Bakı Kristal Zalı I Avropa Oyunlarının məşəlini qarşılayıb Məşəli Bakı Kristal Zalına boks üzrə iki dəfə dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov çatdırıb
Avropa Oyunları
125
8 İyun , 2015 21:59
​Bakı Kristal Zalı I Avropa Oyunlarının məşəlini qarşılayıb

Bakı. 8 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının məşəli Bakı Kristal Zalında olub. "Report"un məlumatına görə, məşəli zala boks üzrə iki dəfə dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov çatdırıb.

İdmansevərlər Oyunlar zamanı Bakı Kristal Zalında voleybol, boks, qılıncoynatma, karate və taekvondo üzrə keçiriləcək yarışları izləyə biləcəklər.

Qeyd edək ki, aprelin 26-dan Azərbaycanın bütün bölgələrinə səyahət edən məşəl iyunun 7-də paytaxt Bakıya gətirilib. Məşəli Bakıda "Sadko" limanında Prezident İlham Əliyev təhvil alıb və digər məşəl daşıyanlara ötürüb.

Son xəbərlər

Orphus sistemi