​Bakı Kristal Zalı Avropa Oyunlarına hazırlaşır

​Bakı Kristal Zalı Avropa Oyunlarına hazırlaşır Burada voleybol, boks, karate, taekvondo və qılıncoynatma yarışları keçiriləcək
Avropa Oyunları
6 May , 2015 18:57
​Bakı Kristal Zalı Avropa Oyunlarına hazırlaşır

Bakı. 6 may. REPORT.AZ/ I Avropa Oyunlarında istifadə olunacaq idman qurğularından biri də Bakı Kristal Zalıdır. "Report"un məlumatına görə, Oyunlar zamanı bu obyektdə voleybol, boks, karate, taekvondo və qılıncoynatma yarışları keçiriləcək.

Bakı Kristal Zalı barədə məlumat verən obyektin baş meneceri Ben Emerson tikilinin 3 hissədən ibarət olduğunu bildirib. Onun sözlərinə görə, birinci zalda voleybol yarışları baş tutacaq. Tamaşaçılar boks yarışlarını ikinci, karate, taekvondo və qılıncoynatma yarışlarını isə üçüncü zalda izləyə biləcəklər. Zallar arasında qara rəngli akustik divarlar yerləşdirilib.

B.Emerson Avropa Oyunları zamanı gündəlik gözlənilən azarkeş sayını da açıqlayıb: "Yarış günlərində 4 000 azarkeşin voleybol, 2 000 nəfərin boks, karate və taekvondo yarışlarını 1 500, qılıncoynatma üzrə yarışları isə 1000 nəfərin izləyəcəyi gözlənilir".

Bu aydan etibarən Bakı Kristal Zalında sınaq yarışları da keçiriləcək. İlk olaraq mayın 9-da qılıncoynatma üzrə sınaq yarışları start götürəcək və iki gün davam edəcək. Ayın 18-də karate, 21-də isə taekvondoçular test yarışı keçirəcək. Voleybol üzrə yarışlar isə mayın 24-də baş tutacaq.

Bakı Kristal Zalının baş meneceri burada çalışan işçi heyətinin sayının 3 000-dən artıq olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi