Yuxarı

Avropa Olimpiya Komitəsinin komissiya sədri: ""Bakı 2015" yarışları standartlardan qat-qat üstün təşkil edilib"

Dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir

Bakı. 15 iyun. REPORT.AZ/ Dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir. "Report" xəbər verir ki,  bunu mətbuat konfransında "Bakı 2015" üçün Avropa Olimpiya Komitəsinin koordinasiya komissiyasının sədri Spiros Kapralos (Spyros Capralos) bildirib. 

O, Avropa idman komitələri adından qeyd edib ki, yarışlar yüksək səviyyədə təşkil olunub: “Hər birimiz fantastik açılışın şahidi olduq".

S.Kapralos bildirib ki, medal hesabında Azərbaycanın birinci yeri tutması yerli tamaşaçılar arasında yarışlara marağı daha da artırıb: "Qeyd edim ki, yayımın keyfiyyəti çox yüksəkdir. Hamı bu yarışları rahat izləyə bilir. Əhəmiyyətli olan məsələ odur ki, dünyanın 145 ölkəsində insanlar Avropa Oyunlarını izləyə bilir. Bu da digər qitə oyunlarından daha çox diqqəti cəlb edə bilib. Bunun səbəbi də insanların Avopa ölkələrində yaşamasıdır. Yarışların təşkil olunması onu göstərir ki, yarışlar standartlardan qat-qat üstün təşkil edilib. Burada hər şey düşünülüb. Keyfiyyət, kəmiyyət, qonaqpərvərlik, könüllülərin ruh yüksəkliyi və s.”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi