Yuxarı

​"Bakı 2015" UNİCEF-lə əməkdaşlıq müqaviləsi imzalayıb

Mərasimdə Azad Rəhimovla Mari-Pyer Puarye iştirak edib

Bakı. 16 mart. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunları Əməliyyat Komitəsi və UNİCEF arasında əməkdaşlıq müqaviləsi imzalanıb. "Report"un məlumatına görə, "Fairmont" hotelində baş tutan mərasimdə gənclər və idman naziri, "Bakı 2015"in baş icraçı direktoru Azad Rəhimov, eləcə də UNİCEF-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Mari-Pyer Puarye iştirak edib.

İlk olaraq "Bakı 2015" və UNİCEF haqda təqdimat videosu təqdim edilib. Daha sonra tərəflər əməkdaşlıq müqaviləsini imzalayıb. Sonda isə rəsmilər jurnalistlərin suallarını cavablandırıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda Bakı və Mingəçevirdə keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi