"Bakı 2015": Türkiyə və Polşanın qadın voleybolçuları yarımfinala vəsiqə qazanıb

"Bakı 2015": Türkiyə və Polşanın qadın voleybolçuları yarımfinala vəsiqə qazanıb Onlar Rusiya və Almaniya millilərini məğlubiyyətə uğradıblar
Avropa Oyunları
23 İyun , 2015 19:08
Bakı 2015: Türkiyə və Polşanın qadın voleybolçuları yarımfinala vəsiqə qazanıb

Bakı. 23 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında qadınlar arasında voleybol yarışlarının dörddəbir final mərhələsinin görüşləri başlayıb. "Report"un məlumatına görə, “Baku Crystall Hall”da baş tutan qarşılaşmada Türkiyə və Rusiya voleybolçuları yarımfinala vəsiqə qazanmaq üçün gərgin mübarizə aparıblar. Görüşdə 4 set oynanılıb. Daha inamlı oyun nümayiş etdirən Türkiyə voleybolçuları 3:1 (25:18, 23:25, 25:22 və 25:19) hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəliblər.

Digər görüş isə Polşa və Almaniya komandaları arasında baş tutub. Gərgin keçən qarşılaşmada polşalı voleybolçular 3:2 (25:23, 25:17, 18:25, 14:25 və 15:10) hesabı ilə qələbə qazanıblar. Bununla da Polşa millisi yarımfinala vəsiqə qazanıb. 

Son xəbərlər

Orphus sistemi