"Bakı-2015" Tofiq Bəhramov adına Stadionda yeni bilet satış məntəqəsi açıb

"Bakı-2015" Tofiq Bəhramov adına Stadionda yeni bilet satış məntəqəsi açıb Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək
Avropa Oyunları
16 May , 2015 10:22
Bakı-2015 Tofiq Bəhramov adına Stadionda yeni bilet satış məntəqəsi açıb

Bakı. 16 may. REPORT.AZ/ I Avropa Oyunlarına bütün ölkədə maraq yüksəldikcə son həftələrdə biletlərə olan tələbat da xeyli artıb. Bu səbəbdən "Bakı-2015" Tofiq Bəhramov adına Respublika Stadionunda bu gün yeni bilet satış məntəqəsi açıb.  

"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika Stadionunun çölündə yerləşən yeni bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir. Məntəqə həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət göstərəcək. 

Digər bilet satış məntəqələri "Park Bulvar", "28 Mall" və "Metro Park" alış-veriş mərkəzləri də daxil olmaqla Bakının alverişli məkanlarında quraşdırılıb. 

Ümumiyyətlə, bilet satış məntəqələrinin yerlərindən tutmuş arenalara gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015 nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən yaxud "Bakı-2015" vebsəhifəsindən əldə etmək olar. 

"Bakı-2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bilet satışı ilə bağlı bunları bildirib: “Bizim birinci dərəcəli məqsədimiz Oyunlara gələn hər bir kəsin buradan ən yaxşı təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də biz bilet alan hər kəsə belə bir mesajla müraciət edirik: biletinizi yalnız Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən yaxud baku2015.com vebsəhifəmiz vasitəsilə alın".

"Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) bir daha Oyunlara gələn tamaşaçılara biletləri yalnız Oyunların vebsəhifəsindən və ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet satışı məntəqəsindən almağı tövsiyə edir. 

Son xəbərlər

Orphus sistemi