"Bakı 2015": Stolüstü tennis yarışının finalçıları müəyyənləşib - YENİLƏNİB

"Bakı 2015": Stolüstü tennis yarışının finalçıları müəyyənləşib - YENİLƏNİB Final görüşləri axşam keçiriləcək
Avropa Oyunları
19 İyun , 2015 16:01
Bakı 2015: Stolüstü tennis yarışının finalçıları müəyyənləşib - YENİLƏNİB

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında stolüstü tennis yarışının finalçıları müəyyənləşib. "Report"un məlumatına görə, kişilər arasında təkbətək yarışda almaniyalı Dmitriy Ovtçarov və belaruslu Vladimir Samsonov, qadınlarda isə iki hollandiyalı idmançı - Jie Li və Jiao Li birincilik üçün mübarizə aparacaq.

Final yarışlarından öncə isə bürünc medallar uğrunda mübarizə start götürəcək. Üçüncülük uğrunda qadınlarda slovakiyalı Eva Odorova və türkiyəli Melek Hu, kişilərdə isə ingiltərəli Paul Drinkhall və ukraynalı Lei Kou yarışacaq.

Qadınların final görüşləri saat 17:30-da, kişilərdə isə saat 20:00-da başlayacaq.

saat 13:21

Bakı. 19 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər və qadınların yarışında təkbətək yarışlarda qızıl medalların sahibi müəyyənləşəcək. "Report"un məlumatına görə, qadınların final görüşü saat 17:30-da, kişilərdə isə 20:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi