Yuxarı
    Bağlamaq

    "Bakı 2015"in Rusiyada yayımlanması məqsədilə müqavilə imzalanıb

    I Avropa Oyunları Rusiyada 53 milyon evə yayımlanacaq

    Bakı. 3 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Rusiya ərazisində yayımı məqsədilə “Rossiya” milli televiziya kanalı ilə müqavilə imzalanıb. "Report"un məlumatına görə, telekanal qonşu ölkədə Oyunların həm ödənişsiz yayım şəbəkəsi, həm də kabel televiziyası vasitəsilə nümayiş etdirmək hüququ ələ edib.

    Müqaviləyə əsasən, "Bakı 2015" Rusiyada 53 milyon evə yayımlanacaq. “Rossiya 2” (ödənişsiz yayım), “Sport”, “Sport 1” və “Döyüş klubu” (kabel televiziyası) kanallarının birlikdə həyata keçirəcəkləri gündəlik 10 saatlıq yayım vasitəsilə rus tamaşaçılar Bakıdakı idman tədbirini izləyə biləcəklər. Eyni zamanda, Rusiyanın iki aparıcı idman veb səhifəsi - Vesti.ru və Sportbox.ru da Oyunların onlayn yayımını həyata keçirəcək.

    Telekanalın idman şöbəsinin rəhbəri Aleksandr Tasçin bildirib ki, Avropa Oyunları 12 idman növü üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya imkanları verir. Eyni zamanda, Rusiya Oyunlarda ən geniş tərkibdə təmsil olunacaq: "Məhz bu səbəbdən, “Rəqəmsal televiziya” RTR paketinə daxil olan üç kanal vasitəsilə maksimum şəkildə bütün yarışların yayımını televiziya tamaşaçılarına təqdim etməyə hazırıq”.

    Qeyd edək ki, iyunun 2-də Rusiya prezidenti Vladimir Putin "Bakı 2015" I Avropa Oyunlarını ölkə telekanallarının yayımlamamasından narazılığını bildirib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi