​"Bakı-2015" Oyunlarının bürünc mükafatçısı: "Rio Olimpiadasında Azərbaycan bayrağını yüksəltməyə çalışacağam"

​"Bakı-2015" Oyunlarının bürünc mükafatçısı: "Rio Olimpiadasında Azərbaycan bayrağını yüksəltməyə çalışacağam" "Mənim üçün bu irəliyə, Olimpiya medalına doğru atılan böyük bir addımdır"
Avropa Oyunları
26 İyun , 2015 14:08
​Bakı-2015 Oyunlarının bürünc mükafatçısı: Rio Olimpiadasında Azərbaycan bayrağını yüksəltməyə çalışacağam

Bakı. 26 iyun. REPORT.AZ/ "Çalışacağam ki, mənimçün çox şey etmiş Azərbaycanın bayrağını Rio de Janeyro Olimpiya Oyunlarında yüksəldim. "Report" xəbər verir ki, bunu qadınlar arasında 60 kq çəki dərəcəsində boks üzrə I Avropa Oyunlarının bürünc mükafatçısı, Azərbaycan idmançısı Yana Alekseyevna bu gün jurnalistlərə açıqlamasında bildirib.

O, bugünkü "bürünc" medal uğrunda baş tutan döyüşün çox ağır olduğunu qeyd etdi: "Psixoloji və taktiki cəhətdən biz fərqli mübarizə sxemi planlaşdırmışdıq. Mən məşqçimin bütün tösiyələrini yerinə yetirdim. Mənim üçün bu irəliyə, Olimpiya medalına doğru atılan böyük bir addımdır". 

Son xəbərlər

Orphus sistemi