Yuxarı

​"Bakı 2015" Avropa Oyunlarında ilk qızıl medal qazanılıb - FOTO

Polşa idmançısı Mayya Vlojovsk isə üçüncü yeri tutub

Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının ilk qızıl medalını İsveçrə yığma komandasının üzvü Jolanda Neff qazanıb.

"Report"un məlumatına görə, 22 yaşlı idmançı qadınlar arasında dağ velosipedi üzrə yarışda Oyunların ilk çempionu olub.

Gümüş medalı da onun həmyerlisi Katrin Ştirneman qazanıb. Polşa idmançısı Mayya Vlojovsk isə bürünc medalla kifayətlənib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi