Yuxarı
    Bağlamaq

    "Bakı 2015"in məşəli Funikulyordan Şəhidlər xiyabanına istiqamətlənib

    Məşəli müğənni Röya da daşıyıb

    Bakı. 10 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının məşəlinin paytaxt gəzintisi davam edir. "Report"un məlumatına görə, məşəl estafetinə saat 13:00-da Nizami küçəsindən start verilib.

    İlk olaraq ağırlıqqaldırma üzrə dünya çempionunun daşıdığı məşəl aktyor Tahir İmanova və xalq artisti Ağaxan Abdullayevə keçib və Fəvvarələr meydanında xalq yazıçısı Çingiz Abdullayevlə yekunlaşıb. Saat 14:00-da Qış Parkından bəstəkar, xalq yazıçısı Mirfaiq Sücəddinov, şahmatçı Şəhriyar Məmmədyarov, güləşçi İlham Umayev və veteran gimnast Elşad Nərimanovun daşıdığı məşəl estafeti Heydər Əliyev Sarayının qarşısındakı parkda bəstəkar, xalq artisti Fərhad Bədəlbəyli ilə yekunlaşıb.

    Saat 14:00-da Heydər Əliyev Mərkəzinin qarşısındakı parkdan metroyadək sərbəst güləş üzrə dünya çempionu Arif Abdullayevin başlatdığı estafeti yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı Vitali Rəhimov yekunlaşdırıb.

    Saat 15:30-da pianoçu, xalq artisti Murad Adıgözəlov Filarmoniya Parkının qarşısından məşəlin növbəti estafetinə start verib. Veteran qılıncoynadan Yaşar Məmmədov, müğənni Röya Ayxan və Abbas Bağırovun da iştirak etdiyi yürüşü Funikulyorun qarşısından "Neftçi"nin sabiq futbolçusu, AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayevlə Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev davam etdirəcək. Oradan məşəli Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firudin Qurbanov, veteran futbolçu Yaşar Babayev, taekvondo üzrə dünya və Avropa çempionu Radik İsayev, yunan-Roma güləşi üzrə Olimpiya mükafatçısı Emin Əhmədov, Azərbaycan Güləş Federasiyasının digər vitse-prezidenti Elçin Cəfərov və veteran ağırlıqqaldıran Məmməd Hüseynov Şəhidlər xiyabanına çatdıracaq. Yürüşü saat 16:30-da Dağüstü Parkda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki yekunlaşdıracaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi