​"Bakı-2015"in voleybol yarışlarının qrupları açıqlanıb

​"Bakı-2015"in voleybol yarışlarının qrupları açıqlanıb Voleybol yarışlarında 12 kişi və 12 qadın idmançılardan ibarət komandalar iştirak edəcək
Avropa Oyunları
26 Fevral , 2015 14:34
​Bakı-2015in voleybol yarışlarının qrupları açıqlanıb

Bakı. 26 fevral. REPORT.AZ/ "Bakı-2015" I Avropa Oyunları voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibi açıqlanıb. 

"Report"un məlumatına görə, Oyunların voleybol yarışlarında 12 kişi və 12 qadın idmançılardan ibarət komandalar iştirak edəcək.

Həmin komandalardan 9 kişi və 9 qadın idmançı Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsindən keçiblər. Ev sahibi kimi Azərbaycan milli komandası seçim mərhələsində birbaşa iştirak edəcək. Digər iki komanda Avropa Voleybol Konfederasiyasının Liqasının son dörd yarışlarında tutduqları yerə əsasən iştirak etmək hüququna layiq görülüblər.

Hazırkı Olimpiya çempionu Rusiya London Olimpiya Oyunlarının bürünc medal sahibi olan İtaliya ilə kişilərin B qrupunda yarışacaq. A qrupunda isə dünya çempionu Polşa ilə güclü Serbiya və ötən il dünya çempionatında dördüncü yerə layiq görülən Fransa yarışacaq. 2011 və 2013-cü illərin Avropa çempionatlarının final mərhələsinin iştirakçıları Serbiya, Rusiya və Almaniya eyni qrupa təyin edildikləri üçün qadınlardan ibarət seçmə turların yarışları xüsusi marağa səbəb olacaq.

I Avropa Oyunlarında çıxış edəcək voleybol komandalarının yer aldığı qruplar (mötərizədə komandaların Avropa reytinqlərindəki yerləri əks olunub):

Kişilər:

A qrupu: Azərbaycan (34 - ev sahibi), Serbiya (3), Polşa (4), Fransa (7), Finlandiya (8), Türkiyə (13)

B qrupu: Rusiya (1), İtaliya (2), Bolqarıstan (5), Almaniya (6), Belçika (9), Slovakiya (10)

Qadınlar:

A qrupu: Azərbaycan (12 – ev sahibi), İtaliya (2), Türkiyə (4), Polşa (6), Belçika (8), Rumıniya (15)

B qrupu: Rusiya (1), Serbiya (2), Almaniya (5), Hollandiya (6), Xorvatiya (8), Bolqarıstan (10)

Qeyd edək ki, hər qrupdan 4 komanda yarışların 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Voleybol yarışları 13 iyun tarixindən etibarən "Crystal Hall"da keçiriləcək və ümumilikdə 336 idmançı iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi