"Bakı 2015"in qızıl medalçısı Ayxan Tağızadə qələbəni şərh edib

"Bakı 2015"in qızıl medalçısı Ayxan Tağızadə qələbəni şərh edib "Bütün gücümü sərf edərək, qalib gəldim. Başqa cür ola da bilməzdi"
Avropa Oyunları
18 İyun , 2015 00:23
Bakı 2015in qızıl medalçısı Ayxan Tağızadə qələbəni şərh edib

Bakı. 18 iyun REPORT.AZ/ "Qızıl medal qazandım. Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərova, prezidentimiz İlham Əliyevə, müəllimimə, atama, baş məşqçimə təşəkkür edirəm". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında qızıl medal qazanan Ayxan Tağızadə deyib.

68 kq çəkidə mübarizə aparan gənc taekvondoçu çətin döyüş keçdiyini və yarışın Bakıda keçirilməsinin məsuliyyətini artırdığını bildirib: "Vətəndə uduzmaq olmazdı. Dəstək verən hər kəsə təşəkkür edirəm, azarkeşləri sevindirdim. Bütün gücümü sərf edərək, qalib gəldim. Başqa cür ola da bilməzdi".

Son xəbərlər

Orphus sistemi