​"Bakı 2015"in qadın iştirakçısı: "Bir az kişilərdən geri qalmışıq"

​"Bakı 2015"in qadın iştirakçısı: "Bir az kişilərdən geri qalmışıq" "Əminəm ki, sabahkı oyundan sonra maraq qat-qat artıq olacaq"
Avropa Oyunları
22 İyun , 2015 11:30
​Bakı 2015in qadın iştirakçısı: Bir az kişilərdən geri qalmışıq

Bakı. 22 iyun. REPORT.AZ/ "İlk Avropa Oyunları haqda təəssüratlarımız yüksəkdir. Bakı şəhəri çox gözəldir. Oyunların təşkilatçılığı yüksək səviyyədə təşkil olunub". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında İrlandiyanın qadınlardan ibarət 3x3 basketbol komandasının üzvü Orla O Reylli deyib.

25 yaşlı basketbolçu bu cür yarışın qadınlar arasında keçirilməsini sevindirici hal adlandırıb: "Düzdür, bu məsələdə biraz kişilərdən geridə qalmışıq. Lakin bu gün maraq artmaqdadır. Əminəm ki, sabahkı oyundan sonra maraq qat-qat artıq olacaq. Sabah artıq ilk oyunumuz baş tutacaq. Sloveniya, Slovakiya və İspaniyaya qarşı yarışacam. Bakıya yaxşı heyətlər və güclü oyunçular gəlib. 3x3 çox intensiv və sürətli oyun növüdür. Bir çox idmançılar məhz bu səbəbdən yüksək göstəricilərini nümayiş etdirməlidirlər".

Qeyd edək ki, 3x3 basketbol yarışına iyunun 23-dən start veriləcək.

Son xəbərlər

Orphus sistemi