Yuxarı
    Bağlamaq

    ​"Bakı 2015"in gümüş mükafatçısı: "Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım"

    Döyüş zamanı rəqibə ağır fənd işlətməyə imkan verməməyə çalışırdım

    Bakı. 23 iyun. REPORT.AZ/ "Bu yarışa çox ciddi hazırlaşırdıq. Təəssüflər olsun ki, yarımfinalda topuğumdan zədə aldım və ayağımı gipsə saldılar". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Bakı 2015" I Avropa Oyunlarında sambo yarışında Azərbaycana gümüş medal qazandıran Amil Qasımov deyib.

    74 kq çəkidə gedən mübarizənin sonunda belaruslu Stepan Popova məğlub olan (0:4) A.Qasımov buna zədənin səbəb olduğunu bildirib. O, final görüşündə zədəsini gizlətmək istədiyini, lakin rəqibin bunu görüb ayağında hücum etdiyini söyləyib: "Döyüş zamanı rəqibə ağır fənd işlətməyə imkan verməməyə çalışırdım. Zədəmin tezliklə sağalacağına ümid edirəm".

    A.Qasımov yarışın sonunda belarus idmançının çiynində getməsini bu cür izah edib: "O ayağımın zədəli olduğunu bilib hücum edirdi. Sonda da təşəkkür olaraq belə bir jest etdi".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi