Yuxarı
    Bağlamaq

    "Bakı 2015"in açılış mərasiminə pulsuz bilet udmaq imkanı yaradılıb

    Müsabiqə martın 31-də başa çatacaq

    Bakı. 6 mart. REPORT.AZ/ İyunun 12-də Bakıda start götürəcək I Avropa Oyunlarının açılış mərasiminə bilet qazanmaq şansı yaradılıb. "Report"un Oyunların rəsmi saytına istinadən verdiyi məlumata görə, bunun üçün iştirakçılar özlərinin şəkli və ya videolarını "Hello Baku" ("Salam Bakı") sözləri ilə birgə sosial şəbəkədə ("Twitter" və ya "İnstagram") yerləşdirməlidirlər. 

    Onlar "Bakı 2015"ə qatılacaq 50 ölkədən olmalıdırlar. Müsabiqə martın 31-də başa çatacaq. Qalib isə aprelin 7-dək elan olunacaq. Qalibə Bakıya 2 nəfərlik uçuş və açılış mərasimi üçün bilet, hoteldə bir gün qalma paketi veriləcək. 

    Qeyd edək ki, iştirakçıların yaşı 18-dən yuxarı olmalıdır.    

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi