Yuxarı
    Bağlamaq

    ​“Bakı-2015” I Avropa Oyunlarının təxliyə prosesi sınaqdan keçirilib

    Proses uğurla başa çatıb

    Bakı. 04 İyun. REPORT.AZ/ Bu gün “Bakı-2015” I Avropa Oyunlarının təxliyə prosesi sınaqdan keçirilib.

    "Report" xəbər verir ki, Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisi qarşısında keçirilən sınaq əməliyyatı uğurla başa çatıb.

    Komitənin əməkdaşı bildirib ki, hər bir böyük təşkilat belə mötəbər tədbirdən əvvəl özünün fövqəladə vəziyyət və təxliyə imkanlarını sınaqdan keçirir. “Bakı-2015” birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi də bu gün bu imkanları uğurla və rəvan şəkildə həyata keçirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi