"Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb

"Bakı 2015" I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb Oyunlara 145 ölkədə 1,7 milyard insan tamaşa edib
Avropa Oyunları
19 Sentyabr , 2015 10:35
Bakı 2015 I Avropa Oyunlarının teleyayım statistikası açıqlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının dünyada 1,7 milyard tamaşaçı auditoriyası olub. "Report"un məlumatına görə, bunu Avropa Olimpiya Komitəsi (EOC) bəyan edib.

Rəsmi açıqlamada bildirilir ki, Oyunları 145 ölkədə 832 milyon evdən izlənilib. Yayımı isə Avropanın 38, digər qitələrin 53 telestansiyası həyata keçirib. Beynəlxalq Yayım Birliyi 12 - 28 iyun aralığında 1000 saatlıq canlı yayım həyata keçirib.

EOC prezidenti Patrik Hikki bildirib ki, bu rəqəmlər ilk Avropa Oyunlarının qitə və dünyanın idman həvəskarları arasında böyük populyarlığını bir daha nümayiş etdirir: "Oyunlar zamanı dərhal anladıq ki, mötəbər idman yarışı televiziya tamaşaçıları arasında ümid etdiyimizdən də çox populyarlıq qazanıb. Neçə-neçə yayımçı əvvəlcədən razılaşdırıldığından da çox yayım həyata keçirmək xahişi ilə bizə bir daha müraciət etdi. Bu rəqəmlər həm də 2019-cu il II Avropa Oyunlarının təşkilatçılarına daha çox yayım və kommersiya müqavilələri bağlamaq imkanı verəcək".

"Bakı 2015"in yayımı "Sportel TV"nin ən yaxşı canlı yayım kateqoriyasında 3 namizəddən biri kimi tanınıb. P.Hikki bunu da sevindirici hal kimi dəyərləndirib. O, I Avropa Oyunlarının yüksək keyfiyyətlə yayımlandığını və çox cəlbedici idman məhsulu olmasını sübuta yetirdiyini vurğulayıb.        

Son xəbərlər

Orphus sistemi