Yuxarı
    Bağlamaq

    "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında boks yarışlarına start verilib - FOTOREPORTAJ

    İngiltərəli Ali Muhammad moldovalı Riscan Alexandrı 3:0 məğlub edib

    Bakı. 16 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında boks yarışlarına start verilib.

    “Report” xəbər verir ki, 1/16 final oyunlarında 52 kq-lıq idmançılar arasında mübarizə aparan ingiltərəli Ali Muhammad moldovalı Riscan Alexandrı 3:0, macarıstanlı Csoka Nandor polşalı Jozvik Macieji 3:0, irlandiyalı Casey Myles belaruslu Fihurenka İvanı 3:0 məğlub edib.

    60 kq yüngül çəki dərəcəsində mübarizə aparan gürcüstanlı Eranosyan Otar Ramlavs Artjomsu 3:0 məğlub edərək 1/8 final mərhələsinə yüksəlib. 

    1/16 final mərhələsi döyüşlərində kişilər arasında 91 kq, ağır çəki dərəcəsində mübarizə aparan irlandiyalı Oneill Darren Rumıniyalı Jitaru İonutu 3:0, rusiyalı Magomedov Sadam Litvalı Tamasauskas Tadası 3:0, almaniyalı Pervizaj Albon Maldovalı İalimov Viktoru 3:0, macarıstanlı Hamori Adam slovakiyalı Tlkanec Eriki 3:0 məğlub ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi