Yuxarı

​"Bakı 2015" I Avropa Oyunlarına 80 gün qalıb

Avropa Oyunlarının açılış mərasimi 12 iyunda Milli Stadionda keçiriləcək

Bakı. 24 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının startına 80 gün qalıb. "Report"un məlumatına görə, Avropa Oyunlarının açılış mərasimi 12 iyunda Bakı Olimpiya Stadionunda keçiriləcək.

İyunun 28-dək davam edəcək Oyunlarda 49 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançı Azərbaycanın qonağı olacaq. Yarışlar Bakı və Mingəçevirdə keçiriləcək.

Qeyd edək ki, tarixdə ilk Avropa Oyunlarının keçirilməsi barədə qərar 2012-ci il dekabrın 8-də Romada baş tutan Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilib. Avropa Oyunlarının hər dörd ildən bir keçirilməsi planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə baş tutacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi