"Bakı-2015"də təmsil olunacaq milli federasiyalarla görüş keçirilib

"Bakı-2015"də təmsil olunacaq milli federasiyalarla görüş keçirilib Foruma Oyunların proqramına daxil edilmiş 20 növdən 19-na aid milli federasiyanın 50-dən çox üzvü qatılıb
Avropa Oyunları
7 Noyabr , 2014 18:19
Bakı-2015də təmsil olunacaq milli federasiyalarla görüş keçirilib
Bakı. 7 noyabr. REPORT.AZ/ Bakı 2015 Avropa Oyunlarında təmsil olunacaq Azərbaycan idman federasiyalarının nümayəndələriilə görüş keçirilib. "Report"un məlumatına görə, Bakı 2015-in baş ofisində keçirilmiş foruma I Avropa Oyunlarının proqramına daxil edilmiş 20 növdən 19-na aid milli federasiyanın 50-dən çox üzvü qatılıb. 

Federasiya üzvlərinə Bakı 2015-in bir sıra şöbələri, o cümlədən, Akkreditasiya, Mətbuat Əməliyyatları, Nəqliyyat və İşçi qüvvəsi şöbələri tərəfindən Oyunlarla bağlı gedən hazırlıq işləri və Oyunlar zamanı yerinə yetirilməsi gözlənilən vəzifə və əməliyyatlar barədə ən son məlumatlar verilib. Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bu cür tədbirlər Avropa Oyunları ilə əlaqədar gördükləri hazırlıq işlərinə yardım etmək üçün milli federasiyalar ilə məlumat mübadiləsi baxımından çox əhəmiyyətlidir.

Qeyd edək ki, I Avropa oyunları gələn il iyunun 12-də start götürəcək. Azərbaycan tarixində ən böyük idman tədbiri olacaq 17 günlük yarışlarda Avropa Milli Olimpiya Komitələrindən 6000-dən çox idmançı iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi