"Bakı 2015": Azərbaycanın 6 üzgüçüsü "Bakı 2015"də çıxışını başa vurub - YENİLƏNİB

"Bakı 2015": Azərbaycanın 6 üzgüçüsü "Bakı 2015"də çıxışını başa vurub - YENİLƏNİB Ümumilikdə 8 dəst medal təqdim olunacaq
Avropa Oyunları
24 İyun , 2015 13:40
Bakı 2015: Azərbaycanın 6 üzgüçüsü Bakı 2015də çıxışını başa vurub - YENİLƏNİB

Bakı. 24 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında çıxış edən 6 Azərbaycan üzgüçüsü yarışı başa vurub. "Report"un məlumatına görə, 2-si fərdi, 4-ü komanda yarışı olmaqla, növbəti mərhələyə Azərbaycan üzgüçülərindən heç biri vəsiqə qazana bilməyib.

Kişilər arasında 100 metr məsafəyə sərbəst üzmədə iştirak edən Dorian Fazekas 54.34 saniyə ilə 64 iştirakçı arasında 61-ci yerə çıxıb. Eyni növdə yarışan Kamran Cəfərov isə 57.43 saniyə ilə 63-cü olub. Nəticədə onlar növbəti mərhələyə vəsiqə qazana bilməyib.

Qarışıq şəkildə 4x100 metr məsafəyə sərbəst ötürmələrlə üzməkdə Azərbaycan 3 dəqiqə 53.39 saniyə ilə 13 iştirakçı ölkə arasında sonuncu olub. Bu yarışda Dorian Fazekas, Alsu Bayramova, Anna Mançenkova və İvan Andrianov çıxış edib.

***09:32

Bakı. 24 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında üzgüçülük üzrə növbəti 8 dəst medal uğrunda yarışlar gedir. "Report"un məlumatına görə, kişilər arasında 100 metr məsfəyə sərbəst üzmədə Azərbaycanın 2 idmançısı - Kamran Cəfərov və Dorian Fazekas iştirak edəcək.

Qarışıq üsulla 4X100 metr məsafəyə sərbəst üsulla ötüşmə yarışında da Azərbaycan təmsil olunacaq. 

Son xəbərlər

Orphus sistemi