"Bakı 2015"də kişilər arasında su polosu yarışları başlayıb

"Bakı 2015"də kişilər arasında su polosu yarışları başlayıb Bu gün Azərbaycan yığması Rumıniya komandası ilə qarşılaşacaq
Avropa Oyunları
13 İyun , 2015 17:03
Bakı 2015də kişilər arasında su polosu yarışları başlayıb

Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında su polosu üzrə oyunlar başlayıb.

"Report"un məlumatına görə, A, B və D qruplarında ilk oyunlar keçirilib.

A qrupunda Rusiya millisi Ukrayna komandasını 20:7, B qrupunda Macarıstan Almaniyanı 9:8, D qrupunda Serbiya Slovakiyanı 14:5, İspaniya Maltanı 22:4, C qrupunda isə Xorvatiya Tükiyəni 17:6 hesabı ilə məğlub edib.

B qrupunda yarışan Azərbaycan yığma komandası bu gün 18:45-də Rumıniya komandası ilə qarşılaşacaq. A qrupunda mübarizə aparan İtaliya ilə Fransa bu gün saat 16:45-də görüşəcək. C qrupunda Monteneqro - Yunanıstan qarşılaşması iyunun 13-də saat 20:30 keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi