Yuxarı

"Bakı 2015"də su polosu matçlarında qeyri-adi hesablar qeydə alınıb - FOTOREPORTAJ

Hollandiya - İsrail matçında qapılara 30 qol vurulub

Bakı. 12 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında su polosu üzrə açılış oyununda qeyri-adi hesab qeydə alınıb. "Report"un məlumatına görə, qadınların mübarizəsində A qrupunun Hollandiya - İsrail matçında qapılara 30 qol vurulub.

Görüş Hollandiyanın 29:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 6-nı Linn Kitti Yustra, hərəyə 4-ünü Flöryen Bosveld və Ester Şeij vurub. 

Qrupun digər oyunu da məhsuldar alınıb. Macarıstan Almaniyanı 21:4 hesabı ilə məğlub edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi