Yuxarı

​"Bakı 2015"də qılıncoynatma yarışları davam edir

Yarışlara saat 9:00-da start veriləcək

Bakı. 25 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında idmanın qılıncoynatma növü üzrə növbəti yarışlar keçiriləcək. "Report"un məlumatına görə, mübarizə kişilər arasında rapira, qadınlarda isə sablya növündə baş tutacaq.

Yarışlara saat 9:00-da start veriləcək. Hər iki növ üzrə qızıl medalın sahibi bu gün müəyyənləşəcək.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına iyunun 27-də yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi