Azərbaycan komandası qılıncoynatmanın şpaqa və sablya növü üzrə çıxışı yekunlaşdırıb

Azərbaycan komandası qılıncoynatmanın şpaqa və sablya növü üzrə çıxışı yekunlaşdırıb Yarışlar komanda şəklində keçirilib
Avropa Oyunları
26 İyun , 2015 12:11
Azərbaycan komandası qılıncoynatmanın şpaqa və sablya növü üzrə çıxışı yekunlaşdırıb

Bakı. 26 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatmanın şpaqa növündə iştirak edən Azərbaycanın kişilərdən, sablya növündə isə qadınlardan ibarət komandası çıxışını başa vurub.

"Report"un xəbərinə görə, heyətdə Azər Tağıyev, Cavanşir Səfərov və Cavanşir Ağakişiyevin yer aldığı təşkilatçı ölkə komandası 1/4 finalda Rusiyaya 18:45 hesabı ilə məğlub olub. 5-ci və 6-cı pillə uğrunda mübarizədə isə Azərbaycan qılıncoynadanları Macarıstana uduzub - 19:45. Nəticədə Azərbaycanın qılıncoynadanları komanda yarışında 6 iştirakçı arasında sonuncu olub.

Qadınların sablya növündə komanda yarışlarında da eyni nəticə qeydə alınıb. 1/4 finalda Rusiyaya 19:45 uduzan Azərbaycan qılıncoynadanları 5-ci yer uğrunda mübarizədə Macarıstanla bacara bilməyib - 25:45.

*** 09:28

Bakı. 26 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları davam edir. "Report"un məlumatına görə, bu gün komandalar şəklində yarışlar keçirilir.

Son xəbərlər

Orphus sistemi