​“Bakı 2015”də medal qazanmış güləşçi ilə bağlı maraqlı fakt ortaya çıxıb - FOTO

​“Bakı 2015”də medal qazanmış güləşçi ilə bağlı maraqlı fakt ortaya çıxıb - FOTO O, yerli çempionatın finalında öz bacısını məğlub edib
Avropa Oyunları
25 İyun , 2015 13:34
​“Bakı 2015”də medal qazanmış güləşçi ilə bağlı maraqlı fakt ortaya çıxıb - FOTO

Bakı. 25 iyun. REPORT.AZ/ “Bakı 2015” I Avropa Oyunlarında medal qazanmış idmançılardan biri ilə bağlı maraqlı fakt ortaya çıxıb. “Report”un xəbərinə görə, Oyunlarda bürünc medal qazanmış Türkiyə güləşçisi Merve Kenger 9 il əvvəl – 2006-cı ildə yerli çempionatın finalında öz bacısını məğlub etməklə yeniyetmələr arasında qızıl medal qazanıb.

M.Kengerin özünün və bacısının məşqçisi atası Süleyman Kenger olub.

I Avropa Oyunlarında bürünc medala sahib olmuş M.Kengerin məşqçisi yenə də S.Kengerdir.

Qeyd edək ki, M.Kenger Oyunlarda bürünc medal uğrunda görüşdə moldovalı rəqibini məğlub etdikdən sonra sevincini Türkiyə və Azərbaycan bayrağı ilə dövrə vurmaqla nümayiş etdirib.

Son xəbərlər

Orphus sistemi