"Bakı 2015"də kişilər arasında dağ velosipedi idmanı üzrə bütün medalları isveçrəlilər qazanıb

"Bakı 2015"də kişilər arasında dağ velosipedi idmanı üzrə bütün medalları isveçrəlilər qazanıb Nino Şurter məsafəni 1 saat 41 dəqiqə 4 saniyəyə qət edərək qızıl medal qazanıb
Avropa Oyunları
13 İyun , 2015 18:00
Bakı 2015də kişilər arasında dağ velosipedi idmanı üzrə bütün medalları isveçrəlilər qazanıb

Bakı. 13 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında kişilər arasında dağ velosipedi idmanı üzrə bütün medalları İsveçrə idmançıları qazanıb. 

"Report"un məlumatına görə, finişə ilk çatan və qızıl medal qazanan Nino Şurter olub. O, məsafəni 1 saat 41 dəqiqə 4 saniyəyə qət edərək ən yaxşı nəticəni göstərib. İkinci yerə liderdən 13 saniyə gec çatan daha bir isveçrəli Lukas Flükeger gümüş medala sahib olub. Yarışda üçüncü yeri Fabian Giger tutub. İsveçrəli məsafəni 1 saat 41 dəqiqə 37 saniyəyə qət edərək bürünc medal qazanıb. 

Son xəbərlər

Orphus sistemi