​Bu gün "Bakı 2015"də daha 3 idman növündə qızıl medalların sahibləri müəyyənləşəcək

​Bu gün "Bakı 2015"də daha 3 idman növündə qızıl medalların sahibləri müəyyənləşəcək Ümumilikdə 11 medal dəsti sahibini tapacaq
Avropa Oyunları
14 İyun , 2015 03:22
​Bu gün Bakı 2015də daha 3 idman növündə qızıl medalların sahibləri müəyyənləşəcək

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarında 9 idman növü üzrə yarışlar keçiriləcək. "Report"un məlumatına görə, idmançılar avarçəkmə, güləş, idman gimnastikası, karate, sinxron üzgüçülük, stolüstü tennis, su polosu, triatlon və voleybol yarışlarında qüvvələrini sınayacaqlar.

Bunlardan 3-də - güləş, karate və triatlon yarışlarında qızıl medalların sahibləri müəyyənləşəcək. Oyunların 3-cü yarış günündə ümumilikdə qaliblərə 11 medal dəsti təqdim olunacaq.

Qeyd edək ki, iyunun 12-dən start götürən "Bakı 2015" I Avropa Oyunları ayın 28-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi