"Bakı 2015"də BMX velosiped yarışının tarixi dəyişdirilib

"Bakı 2015"də BMX velosiped yarışının tarixi dəyişdirilib Bu qərar həftəsonu gözlənilən kəskin küləkli hava şəraiti ilə əlaqədar qəbul olunub
Avropa Oyunları
25 İyun , 2015 20:51
Bakı 2015də BMX velosiped yarışının tarixi dəyişdirilib

Bakı. 25 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında BMX velosiped yarışları yeni tarixdə keçiriləcək. "Report"un Oyunların rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qərar həftəsonu gözlənilən kəskin küləkli hava şəraiti ilə əlaqədar qəbul olunub.

Zamana qarşı təsnifat yarışları cümə günü saat 14:30-da başlayacaq. Bunun ardınca saat 17:00-də kişi və qadınlar arasında motokros yarışları baş tutacaq. Şənbə günü yarış olmayacaq. Yarımfinal və final yarışları isə bazar günü saat 15:00-də start götürəcək. 

Şənbə günü üçün bilet alanlar həmin bileti cümə gününün müvafiq yarış sessiyalarında iştirak üçün istifadə edə və ya bileti qaytarmaq üçün müvafiq yerlərə yaxınlaşa bilərlər.

Son xəbərlər

Orphus sistemi