​Azərbaycan badmintonçuları "Bakı 2015"də qrup mərhələsini adlaya bilməyib

​Azərbaycan badmintonçuları "Bakı 2015"də qrup mərhələsini adlaya bilməyib Kənan Rzayev növbəti məğlubiyyətə düçar olub
Avropa Oyunları
24 İyun , 2015 11:29
​Azərbaycan badmintonçuları Bakı 2015də qrup mərhələsini adlaya bilməyib

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycan badmintonçuları "Bakı 2015" I Avropa Oyunlarında növbəti mərhələyə yüksələ bilməyib. "Report"un məlumatına görə, fərdi yarışda qrup mərhələsindəki 3-cü tur qarşılaşmasında Kənan Rzayev italiyalı Rosario Maddaloniyə yenilib - 6:21, 15:21. 

Bununla da çıxış etdiyi B qrupunda 1 xalla 3-cü yeri tutan K.Rzayev ilk 2 pillədən kənarda qalıb. Nəticədə o, 1/8 finala yüksələ bilməyib. 

Daha öncə qoşa mübarizədə Kənan Rzayev - Orxan Qələndərov dueti qrup mərhələsindəki ilk 2 görüşündən məğlubiyyətlə ayrılaraq, 1/4 finala yüksələ bilməyib. 2 turdan sonra xalsız olan azərbaycanlı cütlüyün bu gün rusiyalı İvan Sazonov - Vladimir İvanov dueti ilə görüşü təsəlli xarakteri daşıyacaq. 

*** 09:03

Bu gün "Bakı 2015" I Avropa Oyunlarında badminton üzrə 3-cü tura start veriləcək. "Report"un məlumatına görə, fərdi yarışlarda Azərbaycanı Kənan Rzayev, cütlüklərin qarşılaşmasında isə K.Rzayev və Orxan Qələndərov çıxış edəcək.

Rzayev fərdi yarışda italiyalı Rosario Maddaloni, cütlüklərin yarışında isə Rzayev - Qələndərov dueti rusiyalı İvan Sazonov - Vladimir İvanov cütlüyü ilə qarşılaşacaq.

İlk iki görüşdən sonra fərdi yarışda Kənan Rzayev 2 qarşılaşmadan 1-də qələbə qazanmaqla qrup 3-cüsü, cütlükdə çıxış edən K.Rzayev və O.Qələndərov isə 2 oyundan 0 xal toplayaraq qrupda sonuncu yerdədir.

Qeyd edək ki, badminton yarışına iyunun 26-da yekun vurulacaq və qaliblərə 2 dəst medal təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi