Yuxarı

"Bakı 2015"də Azərbaycanın çimərlik voleybolundakı son təmsilçiləri də mübarizəni dayandırıb

Neylton Santos - Yaroslav Rudıx dueti 1/8 finalda uduzub

Bakı. 20 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı çimərlik voleybolu növündə təmsil edən Neylton Santos - Yaroslav Rudıx dueti mübarizəni dayandırıb. "Report"un məlumatına görə, onlar 1/8 finalda latviyalı Martins Plavins - Haralds Reqza cütlüyünə uduzub - 1:2.

Azərbaycanlı cütlük ilk setdən 22:20 hesablı üstünlüklə ayrılsa da, növbəti setlərdən 16:21 və 13:15 hesablı məğlubiyyətlərlə ayrılıb. Nəticədə 1/4 finala latviyalı duet yüksəlib.

Qeyd edək ki, daha öncə Bernardo Romano - Leonid Qritsay dueti təsnifat mərhələsində mübarizəni dayandırıb. Qadınların yarışında isə Vivian Kunya - Zinaida Lyubimova cütlüyü 1/4 finalda, Yuliya Kərimova - Rakel Ferreyra dueti isə 1/8 finalda uduzaraq, yarışla vidalaşıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi