Yuxarı
    Bağlamaq

    Azərbaycanlı güləşçi qardaşların hər ikisi Ermənistan təmsilçilərini məğlub edib - FOTO

    Yaşar Əliyevin ardından Hacı Əliyev də rəqibinə qalib gəlib

    Bakı. 18 iyun. REPORT.AZ/ Azərbaycanın daha bir sərbəst güləşçisi "Bakı 2015" I Avropa Oyunlarında Ermənistandan olan rəqibi üzərində qələbə qazanıb. "Report"un məlumatına görə, bu, 61 kq çəki dərəcəsində çıxış edən Hacı Əliyevdir. 

    Dünya və Avropa çempionu 1/8 finalda Volodya Franqulyana heç bir şans verməyib - 7:0.

    Qeyd edək ki, ötən gün Hacı Əliyevin qardaşı Yaşar Əliyev 57 kq çəki dərəcəsində 1/4 final görüşündə ermənistanlı Qarik Barseqyanı üstələyib.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi