"Bakı-2015" Davos İqtisadi Forumunda təqdim olunacaq

"Bakı-2015" Davos İqtisadi Forumunda təqdim olunacaq Tədbirin keçiriləcəyi hoteldə I Avropa Oyunlarına həsr olunmuş sərgi açılıb
Avropa Oyunları
20 Yanvar , 2015 12:17
Bakı-2015 Davos İqtisadi Forumunda təqdim olunacaq

Bakı. 20 yanvar. REPORT.AZ/ Davos İqtisadi Forumunda "Bakı-2015" I Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. "Report"un "İnside the Games"ə istinadən verdiyi məlumata görə, tədbirə Azərbaycan Prezidenti İlham ƏIiyev və xanımı, "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.

"İnterContinental" hotelində təşkil olunacaq mərasimdə bir neçə yüz nəfər nüfuzlu qonaq iştirak edəcək. Artıq həmin hoteldə I Avropa Oyunlarına həsr olunmuş sərgi də açılıb.

Davos İqtisadi Forumu yanvarın 21-də işə başlayacaq.

Qeyd edək ki, iyunun 12-də start götürəcək "Bakı-2015"ə 6000-dən çox idmançı qatılacaq. Oyunlar 17 gün davam edəcək.   

Son xəbərlər

Orphus sistemi