Yuxarı

​"Bakı 2015" daha bir yayım sazişi imzalayıb

Avropa Oyunları Kubada yayımlanacaq

Bakı. 12 may. REPORT.AZ/ Bu gün "Bakı 2015" I Avropa Oyunlarının yayımını təmin etmək üçün Kubanın "Instituto Cubano de Radio y Television" televiziya kanalı (ICRT) ilə saziş imzalanıb. "Report"un məlumatına görə, kanal Kubada 3.8 milyon evi ödənişsiz yayım ilə təmin edir.

Eyni zamanda, İCRT 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının Kubada rəsmi yayım hüququna malikdir.

"Bakı 2015"in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq sazişin Latın Amerikası ölkələri ilə bağlanan son müqavilə olmayacağına əminliyini bildirib. ICRT tərkibində olan "Canal Tele Rebelde"nin baş direktoru Roberto Qonzales isə Kuba xalqının bu cür yeni və önəmli idman tədbirindən zövq alacağına əminlik ifadə edib.

Qeyd edək ki, Kuba I Avropa Oyunlarının yayımını həyata keçirəcək digər ölkələr - Birləşmiş Ştatlar və Kanada, ərəb ölkələri, Hindistan, Çin, Honq Konq və Avstraliyanın sırasına qoşulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi