"Bakı 2015" brendinin mükafatlandırma mərasimi keçirilib

"Bakı 2015" brendinin mükafatlandırma mərasimi keçirilib Azad Rəhimov: "Bu, Avropa Oyunlarına 50 gün qalmış bizim üçün böyük hədiyyədir"
Avropa Oyunları
23 Aprel , 2015 10:19
Bakı 2015 brendinin mükafatlandırma mərasimi keçirilib

Bakı. 23 aprel. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının brendi 2015 Transform Avropa Mükafatına layiq görülüb. "Report"un məlumatına görə, bununla əlaqədar BEGOC-un (Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi) ofisində mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə bildirilib ki, "Bakı 2015" brendi vizual elementlərdən ən yaxşı istifadə nominasiyasında 6 rəqibini üstələyib. Mərasimdə çıxış edən BEGOC-un baş icraçı direktoru Azad Rəhimov Oyunlara 50 gün qalmış layiq görüldükləri belə bir nüfuzlu mükafatı böyük hədiyyə adlandırıb: "Arzu edirəm ki, "Bakı 2015" dünyanın ən mötəbər yarışına çevrilsin".

Qeyd edək ki, transform mükafatları müəyyən nominasiyalar üzrə yaradıcı, strateji və kommunikasiya prosesi zamanı irəli sürülən ən uğurlu ideyaları qiymətləndirərək, bütün Avropada brendləşdirmə sahəsində əldə olunmuş ən yaxşı nəticələrin təntənəli şəkildə qeyd olunmasıdır. "Bakı 2015" brendinin görünüşü 2012-ci il London Yay Olimpiya və Paralimpiya Oyunları üçün idman brendlərinin hazırlanmasını həyata keçirmiş “SomeOne” agentliyi ilə birgə əməkdaşlıq nəticəsində yaradılıb.

Son xəbərlər

Orphus sistemi