​"Bakı 2015" Böyük Britaniyanın 5 telekanalı ilə yayımlanacaq

​"Bakı 2015" Böyük Britaniyanın 5 telekanalı ilə yayımlanacaq Gündəlik yayım "BT Sport" televiziya şirkətinin 3 idman kanalı, "BT Sport Extra" və rəqəmsal platformalar vasitəsilə təmin olunacaq
Avropa Oyunları
23 Aprel , 2015 17:59
​Bakı 2015 Böyük Britaniyanın 5 telekanalı ilə yayımlanacaq

Bakı. 23 aprel. RPEORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının Böyük Britaniyada nümayişi ilə bağlı yayım müqaviləsi imzalanıb. "Report"un məlumatına görə, Oyunların gündəlik yayımı "BT Sport" televiziya şirkətinin 3 idman kanalı, "BT Sport Extra" və rəqəmsal platformalar vasitəsilə təmin olunacaq.

"BT Sport" artıq futbol üzrə İngiltərə Premyer Liqasının yayımını təşkil edir. Bundan başqa, kanal növbəti mövsümdən futbol üzrə Çempionlar Liqasının yayım hüququnu alıb. 

Qeyd edək ki, bunadək "Bakı 2015" ABŞ, Kanada, Avstraliya, Çin, Honq Konq, Hindistan, Latın Amerikası və körfəz ölkələri, eləcə də digər Avropa teleşirkətləri ilə yayım müqavilələri imzalayıb. I Avropa Oyunlarında Böyük Britaniyanın 150-dək idmançısı mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi