Argentinada "Bakı 2015" Birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Argentinada "Bakı 2015" Birinci Avropa Oyunlarının təqdimatı keçirilib Tədbirdə xarici işlər nazirinin müavini iştirak edib
Avropa Oyunları
29 May , 2015 10:52
Argentinada Bakı 2015 Birinci Avropa Oyunlarının təqdimatı keçirilib

Bakı. 29 may. REPORT.AZ/ Azərbaycan Respublikasının Argentinadakı səfirliyi tərəfindən Buenos-Ayresdə 28 may - Respublika Günü münasibətilə qəbul və "Bakı 2015" Birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu barədə “Report”a səfirlikdən məlumat verilib.

Tədbirdə Argentina hökuməti adından əsas qonaq qismində xarici işlər nazirinin müavini Eduardo Zuain, Xarici İşlər Nazirliyinin dövlət katiblərinin müavinləri Karolina Perez Kolman və Adrian Nador, Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyinin dövlət katibinin müavini Karla Seain, Deputatlar Palatasının sədr müavini Patrisia Ximenez, həmin palatada Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Xulia Perie, digər çoxsaylı parlamentarlar, müxtəlif nazirliklərin rəhbər vəzifəli şəxsləri, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik-analitik, işgüzar dairələrin, mədəniyyət, idman sektorlarının, o cümlədən KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Argentinadakı səfiri Məmməd Əhmədzadə Azərbaycanın müstəqillik illərində keçdiyi yol, əldə olunmuş tərəqqi, ölkənin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Bakı 2015 Birinci Avropa Oyunları, bu oyunların yüksək səviyyədə təşkili məqsədilə ölkəmizdə görülmüş tədbirlər, eləcə də növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə də toxunub. Səfir çıxışında son illərdə Azərbaycan-Argentina əlaqələrinin inkişafı barədə danışıb və Argentina hökumətinə bu xususda verdiyi dəstəyə görə təşəkkür edib.

Çıxışın ardınca "Bakı 2015" Birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş etdirilib.

Son xəbərlər

Orphus sistemi