"Bakı 2015": ​Azərbaycanın 5 atıcısı mərhələ keçə bilməyib

"Bakı 2015": ​Azərbaycanın 5 atıcısı mərhələ keçə bilməyib Nurlana Cəfərova qadınlar arasında dairəvi stend atıcılığında 65 xal toplayıb
Avropa Oyunları
20 İyun , 2015 16:20
Bakı 2015: ​Azərbaycanın 5 atıcısı mərhələ keçə bilməyib

Bakı. 20 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı təmsil edən 5 atıcıdan heç biri təsnifat mərəhələsini keçə bilməyib.

"Report"un məlumatına görə, Rəsul Məmmədov 50 metrdən tapança ilə atəş açmada 540 xal (24-cü yer), Emin Cəfərov dairəvi stend atıcılığının birinci təsnifat günü 70 xal (23), Paşa Əhədpur Xangah bu növdə 68 xal (27), Nurlana Cəfərova qadınlar arasında dairəvi stend atıcılğında 65 xal (18) toplayıblar.

Qeyd edək ki, İradə Aşumova qadınlar arasında 25 metrdən tapança ilə atıcılığın növündə 576 xal toplayaraq 15-ci yeri tutub. 

Son xəbərlər

Orphus sistemi