"Bakı 2015"də iştirak edəcək Azərbaycan boksçuları ilə görüş keçirilib

"Bakı 2015"də iştirak edəcək Azərbaycan boksçuları ilə görüş keçirilib Məhəmmədrəsul Məcidov I Avropa Oyunlarında yüksək nəticə üçün əllərindən gələni edəcəklərini söyləyib
Avropa Oyunları
10 İyun , 2015 13:28
Bakı 2015də iştirak edəcək Azərbaycan boksçuları ilə görüş keçirilib

Bakı. 10 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında mübarizə aparacaq Azərbaycan boksçuları ilə görüş keçirilib. "Report"un məlumatına görə, tədbirdə Azərbaycan Boks Federasiyasının (ABF) vitse-prezidenti, Beynəlxalq Həvəskar Boks Assosiasiyası İcraiyyə Komitəsinin üzvü Süleyman Mikayılov ölkənin tarixi hadisə ərəfəsində olduğunu bildirib.

O, boksçulardan hamının uğurlu nəticə gözlədiyini dilə gətirib. ABF-nin prezidenti Kəmaləddin Heydərovun salamını çatdıran vitse-prezident oyunların Bakıda keçirilməsinin hər bir idmançıda məsuliyyət hissini artırmalı olduğunu vurğulayıb.

Baş məşqçisi Pedro Rok milli komandanın yaxşı hazırlıq keçdiyini söyləyib. Kubalı mütəxəssis Meksikadakı təlim-məşq toplanışından sonra Bakıda İrlandiya və Bolqarıstan yığmaları ilə birgə son hazırlıq mərhələsinə qədəm qoyduqlarını deyib.

Millinin kapitanı, Avropa və 2 qat dünya çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov komandada yüksək əhval-ruhiyyənin olduğunu bildirib. Boksçu I Avropa Oyunlarında yüksək yerlər tutmaq üçün əllərindən gələni edəcəklərini söyləyib.

Qeyd edək ki, "Bakı 2015"də boks yarışları 16 - 27 iyunda "Crystall Hall"da keçiriləcək. Azərbaycanı 10 kişi və 5 qadın boksçu təmsil edəcək. 

Son xəbərlər

Orphus sistemi