"Bakı-2015" Avropanın 5 ölkəsi ilə əsas yayım sazişi imzalayıb

"Bakı-2015" Avropanın 5 ölkəsi ilə əsas yayım sazişi imzalayıb I Avropa Oyunlarını dünyanın bir milyarddan artıq tamaşaçısı izləyəcək
Avropa Oyunları
2 Fevral , 2015 17:39
Bakı-2015 Avropanın 5 ölkəsi ilə əsas yayım sazişi imzalayıb

Bakı. 2 fevral. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi İspaniya, Portuqaliya, Estoniya, Latviya və Sloveniyada I Avropa Oyunlarının yayımlanmasını təmin edəcək 5 müqaviləyə imza atıb. 

"Report" xəbər verir ki, bağlanmış yeni müqavilələrə əsasən, İspaniyanın RTVE, Estoniyanın ERR, Latviyanın LTV, Sloveniyanın RTV Slovenija və Portuqaliyanın ödənişli Sport TV adlı ictimai televiziya şirkətləri Oyunları hər gün sutka boyunca və ya minimum saatlar çərçivəsində yayımlayacaq. 

Bu sazişlərlə "Bakı-2015"i dünyada bir milyarddan artıq tamaşaçının izləyə bilməsi təmin edilib. 

I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, artıq müqavilə bağladıqları ölkələrin sayı 47-yə çatıb. 

Qeyd edək ki, Oyunlar müddətində yarışları geniş işıqlandırmaqdan əlavə, İspaniyanın RTVE kanalı açılış və bağlanış mərasimlərini də canlı yayımlayacaq. Televiziya şəbəkəsində həmçinin "Bakı-2015" Avropa Oyunları ilə bağlı gedən hazırlıqlara həsr olunmuş bir sıra “Bakıya Yol” (Road to Baku) verilişləri də nümayiş olunacaq. Sport TV şirkəti isə əvvəlcədən təyin edilmiş və 24 saat fəaliyyət göstərən kanal vasitəsilə Portuqaliyada, eyni zamanda, Mozambik və Anqolada Oyunların yayımını təmin edəcək. RTV Slovenija, Latviyanın LTV və Estoniyanın ERR televiziya şirkətləri də Oyunların geniş şəkildə işıqlandırılması öhdəliyinə malikdirlər.

Son xəbərlər

Orphus sistemi