"Bakı-2015" Avropanın ən güclü voleybolçularını toplayacaq

"Bakı-2015" Avropanın ən güclü voleybolçularını toplayacaq Reytinq dərəcəsinə görə birinci olan Rusiya da hər iki turnirdə yarışacaq
Avropa Oyunları
5 Dekabr , 2014 18:41
Bakı-2015 Avropanın ən güclü voleybolçularını toplayacaq
Bakı. 5 dekabr. REPORT.AZ/ "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsi kişi və qadın idmançılardan ibarət 24 Voleybol komandasının gələn ilin yayında keçiriləcək yarışlarda iştirak hüququ qazandıqlarını təsdiq edib. "Report" xəbər verir ki, bunu Komitədən bu gün bildiriblər.

Yarışlara ev sahibliyi edən Azərbaycan həm kişi, həm də qadın turnirlərində iştirak edəcək. Həm kişi, həm də qadın tunirlərindən ibarət seçmə yarışlarda reytinq dərəcəsinə görə birinci olan Rusiya da hər iki turnirdə yarışacaq.

Kişilərdən ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalar reytinq dərəcəsi ardıcıllığına uyğun olaraq İtaliya, Serbiya, Polşa, Bolqarıstan, Almaniya, Fransa, Finlandiya, Belarus, Slovakiya və Türkiyədir.

Qadınlardan ibarət yarışlarda iştirak üçün seçilmiş digər komandalara kvalifikasiya dərəcələrinin ardıcıllığına görə Serbiya, İtaliya, Türkiyə, Almaniya, Hollandiya, Polşa, Belçika, Xorvatiya, Bolqarıstan və Rumıniya daxildir.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildiribki, Avropa Oyunlarının 2016-cı ildə Rioda keçiriləcək Olimpiya Oyunları üçün seçmə yarışlara vəsiqə təqdim etməsi Bakı 2015-də Avropanın ən yaxşı komandalarının iştirak edəcəyinə imkan yaradacaq: "Bu, teleyayım tərəfdaşlarımız, tamaşaçılar və bütün Avropadakı Voleybol azarkeşləri tərəfindən böyük marağın yaşanacağı deməkdir”.

Paytaxtda yerləşən Crystal Hall-da keçiriləcək 16 günlük voleybol yarışlarında iki qızıl medal uğrunda mübarizə aparılacaq.

Avropa Voleybol Federasiyasının prezidenti Andre Meyer isə bildirib ki, Avropanın ən yaxşı komandalarının həm kişi, həm də qadınlardan ibarət turnirlərdə iştirakı birinci Avropa Oyunlarında mükəmməl voleybol yarışlarının keçiriləcəyinə zəmanət verir: "Bakı 2015 Avropa Oyunları beynəlxalq Voleybol təqvimində əlamətdar tarix kimi qeyd olunacaq və biz Azərbaycanda İlk Avropa Oyunlarının keçirilməsini həyəcanla gözləyirik.”

Son xəbərlər

Orphus sistemi