​"Bakı 2015" Avropa Oyunlarının rəsmi Açılış mərasiminə biletlər artıq satılıb

​"Bakı 2015" Avropa Oyunlarının rəsmi Açılış mərasiminə biletlər artıq satılıb Saymon Kleq: "30 ay ərzində xəyalı reallığa çevirdik
Avropa Oyunları
10 İyun , 2015 00:06
​Bakı 2015 Avropa Oyunlarının rəsmi Açılış mərasiminə biletlər artıq satılıb

Bakı. 10 İyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına 2 gün qalıb. "Bakı 2015"in Əməliyyatlar (BEGOC) üzrə baş direktoru Saymon Kleq Oyunların rəsmi Açılış mərasiminin Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacağını bildirib.

"Report"un məlumatına görə, S.Kleq qeyd edib ki, bu inanılmaz nailiyyətdir və hər kəs bununla qürur duymalıdır.

Baş direktor yeni bir uğura imza atıldığını deyib:

"30 ay ərzində xəyalı reallığa çevirdik. Son 50 ildə Avropa idman təqviminə daxil edilən çox əhəmiyyətli əlavəni tamaşaçılarla tam dolu stadionla qarşılayacağıq. Mən, 78 faizi yerli işçilərdən təşkil olunmuş bütün BEGOC heyətinə, təkcə artıq biletləri satılmış Açılış mərasiminə görə deyil, həmçinin idman yarışlarının da biletlərinin satılmasına görə öz təşəkkürümü bildirirəm".

İdman yarışları üzrə biletlərin artıq satıldığını bildirən S.Kleq Oyunlar ərəfəsində Bakıda aşkar hiss edilən həyəcanın indi də bilet satışlarına sirayət etdiyini vurğulayıb.

BEGOC ilk Avropa Oyunlarına tamaşa etmək istəyən minlərlə insanın hüquqlarının qorunması üçün qanunvericiliyin biletlərin təkrar satışı və saxtakarlığı ilə bağlı tələblərinin pozulmaması üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir. "Bakı 2015"in bilet satışı üzrə məsul şəxsi Miryam Boqataj Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Məclislə mövcud qanunvericiliyə müvafiq dəyişikliklər edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirildiyini bildirib: "Biz satılan biletlərin həqiqiliyini təmin etmək istəyirik və bunun etməyin ən yaxşı yolu biletləri yalnız Bakı və Mingəçevir şəhərlərində yerləşən bilet satış məntəqələrindən əldə etməkdir".

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12-28 iyunda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi